Azərbaycanda onkoloji xəstə öldü, oğlu həkimlərə lomla hücum çəkdi - YENİLƏNİB - FOTO

Azərbaycanda onkoloji xəstə öldü, oğlu həkimlərə lomla hücum çəkdi - YENİLƏNİB - FOTO
12 İyun 2019 16:06

15:52

Bərdədə Təcili Tibbi Yardım Stansiyasının çağırışa gedən əməkdaşları xəstənin oğlu tərəfindən döyülüb. Hadisə bu gün-iyunun 12-də Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib. Təcili yardım maşını da yararsız hala düşüb.

Realpress.az bildirir ki, döyülənlərdən biri-Bərdə rayonu Təcili Tibbi Yardım Stansiyasının 53 yaşlı tibb bacısı Təranə Qasımova hadisə barədə virtualaz.org-a danışıb.

Xeste oldu tecili tibbi yardim 04

Qasımovanın sözlərinə görə, bu gün saat 8:45-də Qaradəmirçi kəndinə çağırış olub. Ünvana çatan kimi xəstənin oğlu dəmir parçasını götürərək onlara hücum edib: "Maşından düşməyə imkan vermədi. Dedi ki, artıq atası ölüb, o da həkimləri öldürəcək. Özümüzü qorumaq üçün maşına mindik, dəmirlə maşını əzdi, şüşələri, güzgünü qırdı".

Ölən şəxs xərçəng xəstəsi olub. T.Qasımova deyir ki, əvvəllər də həmin xəstə üçün dəfələrlə çağırışa gediblər. Ağrıkəsici vurublar ki, ağrıları azalsın, sakitləşsin. "Bu dəfə də çağırış oldu, ləngimədən ünvana getdik. Amma çatanda məlum oldu ki, xəstə artıq keçinib, oğlu heç evə yaxınlaşmağa imkan vermədi. Dəmirlə elə vurdu ki, şüşə üstümüzə töküldü, əlimi, ayağımı doğrayı, hələ də saçlarımdan şüşə qırıntıları təmizləyirlər", -tibb bacısı deyib.

Xeste oldu tecili tibbi yardim 02

Digər tibb bacısı 54 yaşlı Rəfiqə Abdullayeva da xəsarət alıb, şüşə qırıntıları barmaqlarını kəsib: "Bir nəfər yaxınlaşaraq oğlanı sakitləşdirməyə çalışdı, yalnız bu zaman sürücü qaçmağa nail oldu. Oğlan maşının arxasınca qaçdı, amma çata bilmədi".

33 ildir təcili yardımda çalışdığını deyən Təranə Qasımova son zamanlar tibb işçilərinə qarşı aqressivlikdən narahat olduqlarını deyir. "Bu yaxınlarda həkim, ondan əvvəl isə tibb bacısı döyülmüşdü. Sərxoş kişini xəstəxanaya aparılanda ambulansda həkimə hücum edib döymüşdü, həkimin gözlərinin altının şişi uzun müddət getmədi. Dedilər ki, sərxoş olub, özünü idarə edə bilməyib. Hər gün müxtəlif çağırışlar olur, hansı evdə bizi nə gözlədiyini bilmirik, bu qorxu, stress ilə xəstəyə necə yardım edək?"

Xeste oldu tecili tibbi yardim 03

Tibb bacıları onları döyən şəxsdən şikayətçidirlər. "Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdik, izahat yazdıq. Biz xəstə yaxınlarını anlayırıq, amma bu qorxu ilə işləmək olmur. Biz xəstənin ölümündə günahkar deyilik axı..."

Qeyd edək ki, təcili yardım əməkdaşlarının döyülməsi halları tez-tez baş verir.

11:26

Bərdədə çağırışa gedən təcili yardım həkimləri döyülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qaradəmirçi kəndində baş verib.

Belə ki, hadisə yerinə çatan kimi Bərdə Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və təcili tibbi yardım avtomobilinin sürücüsü Zaur İbrahimovu döyüblər.

Həkimlərin sözlərinə görə, şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə avtomobilə və onlara hücum edib.

Onlar xəstəni müayinə etməyə imkan tapmayıblar. 

Hadisə zamanı maşının yan şüşəsi qırılıb, sürücü isə qolundan xəsarət alıb.

Hadisə ilə bağlı rayon Təcili Yardım Stansiyasının baş həkimi məlumatlandırılıb və polisə rəsmi müraciət edilib.

Hazırda həkimə xəsarət yetirən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.



19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.