Qəbələdə üç ölkənin Müdafiə nazirlərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO

Qəbələdə üç ölkənin Müdafiə nazirlərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
12 İyun 2019 15:20


Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü başa çatıb.

Realpress.az xəbər verir ki, görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokal imzalanıb və kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov əməkdaşlığln yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Daha sonra bildirilib ki, hərbi sahədə üç qonşu dövlətin birglə fəaliyyəti uğurla davam etdirilir, ildən-ilə fəaliyyət planında dəyişiklik olur və daha da genişləndirilir.

Hərbi əməkdaşlıqda birgə təlimlərin xüsusi rol oyandığı vurğulanıb.

Belə ki, ötən il doqquz birgə hərbi təlimlər keçirilmişdisə, bu il 13 hərbi təlimin keçirilməsi nəzərdə tutulub.


13:22

İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdən əvvəl Müdafiə nazirləri Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, eləcə də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək önlərinə gül dəstələri qoyub, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsi və üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

10:29

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.

realpress.az-ın bölgə müxbirinin xəbərinə görə, görüş Qəbələ şəhərində baş tutub.

Hər üç ölkənin naziri Qəbələ Şəhidlər Xiyabanını ziyarət edib.

İlk olaraq Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi, Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında, həmçinin, Gürcüstan və Türkiyə Müdafiə Nazirliyi arasında ikitərəfli görüşlər keçirib.

Görüş çərçivəsində Azərbaycan və Gürcüstanın Müdafiə Nazirliyi arasında hərbi sahədə olan münasibətlər müzakirə olunub.

Bundan əlavə, hər iki nazirlik arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Görüş üçtərəfli formatda davam etdiriləcək.



16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.