"Anamız kimi sevirdik" - Bakıda həkim öz tələbəsinin etdiyi əməliyyatdan sonra öldü - FOTO

"Anamız kimi sevirdik" - Bakıda həkim öz tələbəsinin etdiyi əməliyyatdan sonra öldü - FOTO
12 İyun 2019 12:55

Azərbaycan Dövlət Tibb Universitetinin müəllim, pediatr Sədaqət Şahsuvarova vəfat edib.

Realpress.az xəbər verir ki, 65 yaşlı həkim Avrasiya Hospitalında etdirdiyi liposeksiya  əməliyyatından 4 gün sonra ölüb.

Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah BAKU.WS-ə açıqlamasında, pasiyentinin ölümündə günahkar olmadığını bildirdi:

"Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada vəfat etdi. 

Hazırda araşdırma gedir. Ölüm səbəbi qanda səbəbi bilinməyən infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş. 

Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq.  Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub". 

V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirdi: "Onun ölümü məni çox üzüb. Müəllimənim olub, anamız kimi çox sevirdik". 


                                          Sədaqət Şahsuvarova
                     
                        Vüqar Ələkbərov
 
BAKU.WS

19 İyun 2019
Cəmiyyət

Maaşlar yaxın vaxtlarda yenə qalxacaq - Milli Məclisdən ANONS

Ölkə prezidenti son bir il ərzində ikinci dəfədir ki, ölkədə minumum əməkhaqqını artırır, minimum əməkhaqqı 250 manata qədər qaldırılır. Dövlətdən maliyyələşən təşkilatların hamısında maaşların artırılması cəmiyyətin, demək olar ki, bütün üzvlərinin sosial rifahına ciddi şəkildə təsir edir və edəcək. 

19 İyun 2019
Cəmiyyət

Prezident sərəncamları ilə 160 min müəllimin maaşı artdı - 600 manat olacaq

Prezident sərəncamları ilə 160 min müəllimin maaşı artdı - 600 manat olacaq

19 İyun 2019
Cəmiyyət

Babək prospektində maşın aşdı, tıxac yarandı - YENİLƏNİB

Babək prospektində maşın aşdı, tıxac yarandı - YENİLƏNİB