Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü

Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü
12 İyun 2019 12:24

Bakıda gənc qadın itkin düşüb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayan Vəliyev Niyazi Alı oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yarıyeva Pərvanə Firudin qızı iyunun 7-də səhər saat 9 radələrində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumatda bildirilir ki, P.Yarıyeva həmin gün Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Qızıl Qum" çimərliyində olub.

Faktla bağlı araşdırma aparılır.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.