Çin səddindən sonra ikinci ən böyük sədd Azərbaycandadır - VİDEO

Çin səddindən sonra ikinci ən böyük sədd Azərbaycandadır - VİDEO
11 İyun 2019 15:52


Azərbaycanın tarixi abidəsi olan Çıraqqala yaxın vaxtlarda təmir ediləcək.

Realpress.az istinadla bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, IV-VI əsrlərdə Sasani hökmdarları tərəfində müdafiə məqsədilə tikilən qala uzun illərdir təbii fəlakətlər nəticəsində dağılmağa məruz qalıb.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.  

Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən dördü salamat qalıb. Baş qüllə hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalır.

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Yaxın günlərdə ərazidə təmir işlərinə başlanılması planlaşdırılır.


Tehran Orucoğlu

19 İyun 2019
Cəmiyyət

Maaşlar yaxın vaxtlarda yenə qalxacaq - Milli Məclisdən ANONS

Ölkə prezidenti son bir il ərzində ikinci dəfədir ki, ölkədə minumum əməkhaqqını artırır, minimum əməkhaqqı 250 manata qədər qaldırılır. Dövlətdən maliyyələşən təşkilatların hamısında maaşların artırılması cəmiyyətin, demək olar ki, bütün üzvlərinin sosial rifahına ciddi şəkildə təsir edir və edəcək. 

19 İyun 2019
Cəmiyyət

Prezident sərəncamları ilə 160 min müəllimin maaşı artdı - 600 manat olacaq

Prezident sərəncamları ilə 160 min müəllimin maaşı artdı - 600 manat olacaq

19 İyun 2019
Cəmiyyət

Babək prospektində maşın aşdı, tıxac yarandı - YENİLƏNİB

Babək prospektində maşın aşdı, tıxac yarandı - YENİLƏNİB