Hər il bütün yoqasevərlər Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün, YARAT-ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi nəhəng festivala toplaşır.
Bu, ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərk etmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır.
Bu ilki tədbir, Yoga Shahi studiyasının təsisçisi Sabina Şahinin kuratorluğu ilə həyata keçirilir.
Sizi fərqli yoqa növləri, incəsənət və hərəkət gözləyir!
Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir.
Format: Şəhərsayağı piknik
Mövzu: Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik!
Meyar: Özün üçün xeyirli, digərləri üçün faydalı!
Proqramda: 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ən-ənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər.
Bu Günəş gününü bizimlə keçirin və özünüdərk etmək məfhumunu oyadın!
Tarix: 16 iyun
Saat: 06:00 - 22:00
Məkan: Dənizkənarı Bulvar (YARAT Mərkəzinin yaxınlığındakı çəmənlik)
Realpress.az
Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
Kəlbəcərdə infrastruktur işləri görülür.
Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.