"Amazon" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Ceff Bezos "re:MARS" konfransı çərçivəsində Britaniyanın "Shadow Robot" şirkətinin yaratdığı "Dexterous Hands" robot əllərini sınaqdan keçirib.
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, insan ovcunu imitasiya edən manipulyatorlar müxtəlif parametrləri izləyən və 24 hərəkət tipini yerinə yetirən 129 quraşdırılmış ötürücüyə malikdir. Konfrans zamanı onlar "SynTouch" şirkətinin "HaptX" əlcəyi vasitəsilə məsafədən manipulyatorları idarə etməyə imkan verən "BioTac" toxunuşla hiss edilən ötürücüləri ilə birləşdirilib.
R.Bezos robot əllərin köməyi ilə plastik stəkanı stəkan qalaqlarının üstünə səliqə ilə qoyub, oyuncaq topu bir əldən digərinə ötürüb, daha sonra onu digər şəxsə verib, sonda isə manipulyator vasitəsilə oyuncaq piramidanın yuxarı detalını çıxarıb. Bundan başqa, "Rubik kubiki" oyunu masa üzərinə qoyulsa da, kadrda onunla bağlı baş verənləri görmək mümkün olmayıb.
"Shadow Robot" şirkətinin idarəedici direktoru Riçard Uolkerin sözlərinə görə, texnologiya təhlükəli əmək şəraiti ilə əlaqədar sahələrdə tətbiq edilə bilər. Məsələn, robot əlləri radiasiya səviyyəsinin yüksək olduğu zonalarda iş zamanı istifadə etmək mümkündür.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.