İngilis azarkeşlər Bakıda jurnalistə çətin anlar yaşatdılar - VİDEO

İngilis azarkeşlər Bakıda jurnalistə çətin anlar yaşatdılar - VİDEO
31 May 2019 14:00

29 may Bakı Olimpiya Stadionunda baş tutan "UEFA Avropa Liqası"nın möhtəşəm final günü bütün dünya üçün böyük səs-küy yaradıb.

Realpress.az xəbər verir ki, Bakıda keçirilən unudulmaz final, yaşıl meydanla yanaşı şəhərin mərkəzində də yaddaşlardan silinməyəcək izlər buraxıb. Hər kəsin böyük coşqu ilə qarşıladığı final günü maraqlı anlarla da yadda qalıb.

Həmin anlardan birini də ARB 24 telekanalının Bakı Olimpiya Stadionuna ezam olunmuş xüsusi müxbiri Azər İsmayılın başına gəlib.

Oyunun başlamasına az müddət qalmış ən son məlumatları çatdırmaq üçün canlı bağlantıya çıxan müxbir çətin anlar yaşayıb.

Belə ki, stadiona daxil olmaq istəyən ingilis azarkeşlər Azər İsmayıla danışmağa və hərəkət etməyə imkan verməyiblər. Əcnəbi azarkeşlər komandalarına dəstək olduqlarını, kamera önündən böyük coşqu ilə keçərək göstəriblər.

Ən maraqlısı isə ingilis azarkeşlərdən birinin oyun öncəsi müxbirin fotosunu çəkərək özündə xatirə kimi saxlaması olub.

Bu maraqlı görüntüləri təqdim edirik:


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.