Nərimanovda avtomobil yanacaq doldurma məntəqəsinə çırpılıb - VİDEO

Nərimanovda avtomobil yanacaq doldurma məntəqəsinə çırpılıb - VİDEO
29 May 2019 09:05


Gecə saatlarında Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Realpress.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan “BYD” markalı minik avtomobili Məhəmməd Behbudovun idarə etdiyi “99-LK-284” dövlət nömrə nişanlı “Opel” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən hər iki avtomobil bir neçə metr irəliyə sürüşüb. “BYD” markalı minik maşını isə yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət lövhəsinə çırpıldıqdan sonra dayana bilib.

Qəza nəticəsində “BYD” markalı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

19 İyun 2019
Kriminal

Ağstafada 8 nəfərin güllələndiyi hadisənin yeni görüntüləri - VİDEO

Ötən gün Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında baş vermiş güllələnmənin daha bir videosu yayılıb.

19 İyun 2019
Kriminal

Fatmayıda toyda kütləvi dava — Bıçaqlananlar var

Abşeronun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib.