Vergilər “Binə” və “Sədərək” məsələsini həll etdi – YENİLİK

Vergilər “Binə” və “Sədərək” məsələsini həll etdi – YENİLİK
27 May 2019 10:11

Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər - "Binə" və "Sədərək"in vergidən yayınmasının qarşısı demək olar ki, alınıb.

Realpress.az “fed.az”a istinadən xəbər verir ki, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.

Bu o deməkdir ki, "Sədərək" və "Binə"də çalışan sahibkarların vergidən yayınma dövrü bitib.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib.

Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub:

"Bizim idxalda böyük problemlərimiz "karqo şirkəti" adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, "Binə", "Sədərək" və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar.

Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün, təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər".
 
Qeyd edilib ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb. 


14 İyun 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 14 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

12 İyun 2019
İqtisadiyyat

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 12 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

11 İyun 2019
İqtisadiyyat

Kirayə evlərlə bağlı prezident fərmanı: Dəyişikliklərin təfsilatı

Kirayə evlərlə bağlı prezident fərmanı: Dəyişikliklərin təfsilatı

11 İyun 2019
İqtisadiyyat

Bu günə olan valyuta MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 11 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.