Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...

Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
27 May 2019 09:45

Hazırda tut növlərindən ən zərifi, ən dadlısının mövsümüdür. Şirəli ağ tut uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malikdir.

Başqa meyvələri alıb masaya düzüb yeməyə öyrəşdiyimizdən, ağacdan ayrılandan sonra ömrü az olan bu meyvəni 1 stəkan yeməklə kirfayətlənirik. Halbuki mövsümündə istər ağ, istər qara tut gün ərzində azı 100 qr yeyilməlidir.

Realpress.az Medicina.az-a istinadən ağ tutun 10 maraqlı faydasını təqdim edir.

1.Qan əmələ gətirir, qanazlığında yeyin

Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qanazlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesin

2. Tərlədici, bəlğəmgətiricidir

Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir.

3. İmminiteti möhkəmlədir

Tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndirir

4. Qaraciyəri təmizləyir

Ağ tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir.

5. Ürək, qan-damar sağlığını qoruyur

Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, nəticədə ürək yorulmur. Tut ürək infarktı riskini azaldır, iflici önləyir.

6. Görməni yaxşılaşdırır

Tut şirəsi kompüterdə işləyən insanın gözləri üçün çox lazımdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Retinapatiya  və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir.

7. Böyrəkləri təmizləyir

20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur.

8. Xərçəngə qarşıdır

Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb  olar. Xüsusən prostat xərçənginə qarşı təsirlidir.

9. Qanda şəkəri tənzimləyər

Çox insanlar tut şirindir deyə, diabet xəstələrinə onu teməyi tövsiyə etmirlər. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum oldu ki, tut qanda qlükoza səviyyəsini düşürür.

10. Dərini gözəlləşdirir

Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər.

Tut dərini qoruyur, dəri xərçənginə qarşı təsirlidir.

Eləcə də saçları sağlamlaşdırır. Tutu qaynadıb suyunu saç köklərinə çəkib, saçları yaxalayın.

Bütün bu faydaları əldə etmək üçün, il boyu həm ağ, həm qara tutu özünüzdən əsirgəməyin.


19 İyun 2019
Səhiyyə - Sağlamlıq

DİQQƏT: qaynar çay bu xəstəliyə səbəb olur – HƏR İL MİNLƏRLƏ İNSANI ÖLDÜRÜR

Ölkəmizdə sevilərək içilən içkilərdən birincisi məhz çaydır. Yay-qış demədən qaynar-qaynar pürrəngi çaya heç kim yox deyə bilmir.

18 İyun 2019
Səhiyyə - Sağlamlıq

Anadan övlada ötürülən xəstəliklər – SİYAHI

Uşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də "hədiyyə" alır.

14 İyun 2019
Səhiyyə - Sağlamlıq

Xərçəngə meydan oxuyan içki

Xar tutun kimyəvi tərkibi olduqca zəngindir - karotin, B qrupu vitaminləri,kalsium, fosfor, kalium, maqnezium, selen, sink, mis, orqanik turşular və s.

14 İyun 2019
Səhiyyə - Sağlamlıq

Orqanizmi zəhər və toksinlərdən təmizləyən DETOKS resepti

Hind təbabətində orqanizmi ziyanlı maddələrdən təmizləmək üçün bir çox effektli reseptlər mövcuddur.

13 İyun 2019
Səhiyyə - Sağlamlıq

Qadınlar bu simptomlara mütləq fikir verməlidir! Kardioloqlardan xəbərdarlıq

Qadınlarda ürək tutması kəskin simptonlar olmadan baş verir, xəstələr isə kiçik naxoşluqlara məhəl qoymağa meylli deyil. Amma bu, ölümcül təhlükəli ola bilər.