“Belə qadınlardan uzaq olmağa çalışıram” - Saysız-hesabsız evlilik təklifi alan Çingiz Mustafayev - VİDEO

“Belə qadınlardan uzaq olmağa çalışıram” - Saysız-hesabsız evlilik təklifi alan Çingiz Mustafayev - VİDEO
25 May 2019 13:13

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni, bəstəkar Çingiz Mustafayev olub.

Realpress.az bildirir ki, "Avroviziya" təmsilçimiz Çingiz Mustafayev maraqlı açıqlamalar verib:

"7-ci yerə çıxmışdım. Nəsə dəyişiklik edib, Azərbaycanı 8-ci yerə saldılar. Bu da onu göstərir ki, qeyri-peşəkar səsvermədir. Həyəcan, stress kifayət qədər idi, amma hər şey vətən üçündür. Mənə elə gəlir ki, biz komanda şəklində əlimizdən gələn hər şeyi etdik. Ədalətli seçim deyildi. Təbii ki, bundan yaxşısını etməli idim. Amma belə bir qanun var ki, istənilən ifaçı səhnəyə çıxanda, bacardığının 50 fazini göstərə bilir. Çünki həyəcan, stress, məsuliyyət faktoru var. Sən başa düşürsən ki, 200 milyon insan səni canlı yayımdan izləyir. Bunların hamısı çıxışa təsir edir. Mən heç vaxt çıxışlarımdan razı qalmıram. Bu dəfə də razı qalmadım, amma ölkədə və xaricdə hamı razıdır".

Müğənni daha sonra qalmaqallardan uzaq qaldığını deyib:

"Nəyinki şou-biznesdən, ümumiyyətlə, qalmaqaldan qaçan insanam. Bu gün kimsə gəlib problem etmək istəsə, mən ondan qaçacam. Neqativlə aram yoxdur, mənə elə gəlir ki, bu, sadəcə, insanın özünü zəhərləməyidir".

Sənətçi sosial şəbəkələrdən evlilik təklifi almasından da danışıb: 

"Evlənmək məsələsi artıq beynəlxalq səviyyəyə çıxıb, çətin olacaq. "İnstagram"a çoxlu sayda "mənimlə evlən", "marry me" belə-belə şeylər yazırlar. Təbii ki, bunlar ciddi təkliflər deyil, "İnstagram"da ciddi bir evlilik təklifi ola bilməz. Ona görə heç nə, reaksiya sıfırdır. Bu, düşmən ola bilməz, amma belə baxanda millətin fərqi yoxdur. Avropalı, amerikalı ola bilər. Şərqə daha meyilliyəm, bilmirəm niyə. Hər şey ola bilər".

Mustafayev müasir xanımların bəzi mənfi cəhətlərini də dilə gətirib:

"Hazırda xanımlıq qıtlığı var, çox azdır. Yəni kişi kişi olmalıdır, xanım da xanım. İndi feminizim dəbi var dünyada, müsabiqədə də görürdüm. Belə qadınlardan uzaq olmağa çalışıram".


















8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.