Ayrılıq xəbərləri yayılan Rəqsanə: "Çox yaşamaq istəmirəm..."

Ayrılıq xəbərləri yayılan Rəqsanə: "Çox yaşamaq istəmirəm..."
25 May 2019 12:54

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova ad günü ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Realpress.az  xəbər verir ki, qara fonda çəkilmiş fotosu ilə bərabər paylaşdığı pessimist və bədbin ruhda yazılmış statusunu təqdim edirik:

"25.05.79 tarixində bir qız dünyaya gəldi. Bəzən ağladı, bəzən güldü. Həyatı çox çətin, əzablı oldu, anasının əziyyəti ilə böyüdü. "Ata" adı ona çox yad gəldi. Hər kəs "ata" deyəndə, o qız boynun büküb baxırdı. "Ata" sözünün mənasını anlamadı, çünki o sözü heç vaxt demədi.

Zaman keçdi, böyüdüm, artıq Rəqsanə anadır. Bəzən xoşbəxt, bəzən bədbəxtəm. Hamını başa düşür, hər kəsin halına yanıram. Amma nədənsə, heç kim məni başa düşmür. Nə yüküm varsa, özüm tək çəkirəm.

Qınayırlar, içimi bilmədən arxamca danışırlar. Həyatda nə istədimsə, Allah gec olsa da, verdi. Heç nəyimi kimsədən gizlətmərəm, hər sözümü danışaram. Başıma nə gəlirsə, sadəliyimdən gəlir. "Yoruldum" demədən çalışdım. Xoşbəxtlik mənə çox vaxt yad gəlir. "Bəxtəvər" deyənlərə ürəyimdə gülüb keçirəm.

Ürəyimdə aça bilmədiyim çox şey var. Həyatda nələr yaşadım, nələr gördüm, bu gün də yaşayıram. Çox şey var, amma mübarizə aparmağı bacarıram. Yaşım az olsa da, həyatdan yoruldum. Doğulduğum gündən mücadilə edirəm. Ancaq çox yaşamaq istəmirəm, həyatdan tez köçmək istəyirəm".

Xatırladaq ki, Rəqsanənin 10 gün əvvəlki paylaşımı həyat yoldaşı ilə ayrılıq şayiələrininyaranmasına səbəb olmuşdu.


19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.