Kiyevdə Nəsimiyə heykəl qoyuldu

Kiyevdə Nəsimiyə heykəl qoyuldu
25 May 2019 11:59

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib.

Realpress.az  AZƏRTAC-a  istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində ucaldılan İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko, diplomatik korpusların nümayəndələri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. İlk öncə tədbirin aparıcısı İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra Kiyev şəhər meri Vitali Kliçko çıxışına mütəfəkkir-şairimizin sitatları ilə başlayıb. O bildirib ki, Kiyevin mərkəzi hissəsində Nəsimi kimi tanınmış bir şəxsin heykəlinin ucaldılması sevindirici haldır. “Çox sevinirəm ki, Ukraynanın paytaxtında Azərbaycan xalqının böyük oğlunun heykəli açılıb. Bu, bir daha Ukrayna və Azərbaycan xalqlarının bir-birinə verdiyi dəyərin nəticəsidir. Hər iki ölkənin dövlət himnləri səslənəndə, ukraynalı və azərbaycanlılar əllərini ürəklərinin başına qoydu. Bu onu göstərir ki, hər bir azərbaycanlı Ukraynanı, hər bir ukraynalı isə Azərbaycanı öz evi kimi qəbul edir”, - deyə Kliçko əlavə edib.

Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov isə çıxışında heykəlin hazırlanmasında göstərdiyi təşəbbüs və köməyə görə səfir Azər Xudiyevə təşəkkürünü bildirib. İmadəddin Nəsimi kimi dahi bir şəxsiyyətin heykəlinin müəllifi olmasından qürur hissi keçirdiyini vurğulayıb.

Daha sonra şair Şəhriyar Der Gerani İmadəddin Nəsiminin qəzəllərini səsləndirib. Bundan sonra Nəsiminin heykəlinin üzərindəki ağ örpək açılıb.

Xatırladaq ki, heykəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində ucaldılıb.


21 İyun 2019
Mədəniyyət

“Yanardağ”da xarici turistlər üçün qoruğa giriş haqqı 9 manat olacaq

Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqust ayının 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 manat olacaq.

20 İyun 2019
Mədəniyyət

Tanınmış xanəndəmiz Türkiyədə vəfat etdi - VİDEO

Məşhur Azərbaycanlı xanəndə Huşəng Azəroğlu vəfat edib.

13 İyun 2019
Mədəniyyət

Taleh Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?” - FOTO

Realpress.az azlogos-a istinadən, az qala, hər yeni işi ilə ciddi müzakirələrə meydan açmağı bacaran aktyor və video-bloger Taleh Yüzbəyovla müsahibəni təqdim edir:

5 İyun 2019
Mədəniyyət

“Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı

“Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı