Ailə həyatından narazı kişilər oxusun. Siz təhlükədəsiniz!

Ailə həyatından narazı kişilər oxusun. Siz təhlükədəsiniz!
25 May 2019 09:54

İsrailin Tel-Əviv universitetinin alimləri 10.000 könüllü kişi arasında apardığı tədqiqatın nəticəsində elan edib ki, ailə həyatından, həyat yoldaşından narazı olan və şəxsi həyatda özünü bədbəxt hesab edən kişilərdə insult olma riski 65% artır.

Realpress.az Medicina.az-a istinadla bildirir ki, alimlər bunun səbəbini xoşbəxt olmayan ailədə daim stress və gərginliyin olmasında görür. Daimi stress kişinin sinir və endokrin sistemini sıradan çıxarır.

Stress, əsəbilk, evdə özünü gərgin hiss etmək bir çox xəstəliklər, o cümlədən yüksək təzyiqə səbəb olur. Müəyyən yaşa gəldikdə kişilərdə insult riski yüksəlir.

Eyni vəziyyət qadınlara da aiddir. Ailə həyatında xoşbəxt olmayan qadınlarda hormonlar pozulur, mədədə xora əmələ gəlir, yumurtalıq və uşaqlıqda problemlər, menstrual tsiklin pozulması baş verir.

Psixiatrlar ailədə narazılığın dərinləşməməsi üçün ailə psixoloqlarına müraciət etməyi, əgər vəziyyət düzəlmirsə, qısa müddətli ayrılığı sınamağı və münasibətlərə fasilə verməyi məsləhət görür.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.