Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı
25 May 2019 09:48

ABŞ Taftsa universitetinin alimləri yeni elmi tədqiqatlarının nəticəsini "Canser Spektrum" adlı jurnalda dərc etdirərək, 20 yaşdan yuxarı 80.100 nəfər amerikalının xərçəngə yoluxmasının əsas səbəbinin pis və qeyri-düzgün qidalanma olduğunu elan ediblər.

Realpress.az medicina.az-a istinadən xəbər verir ki, tədqiqata orta yaş həddində amerikalıların 2013-2016-cı illər arasında xəstəlikləri və profilaktika tədbirlərinin Milli nəzarət mərkəzinin məlumatları daxil edilib.

Alimlər xərçəngə səbəb kimi bu qidalanma amillərini sadalayıb:

- Meyvə-tərəvəzin çox az qəbulu

- Tam toxum, buğdanın azlığı

- Süd məhsullarının azlığı və keyfiyyəti

- Emal edilmiş ət, qırmızı ət, şirin qazlı içkilər

Düzgün qidalanmamaq səbəbindən aşağıdakı xərçəng növləri yaranır:

- Ən yüksək 38,3 % yoğun və düz bağırsağın xərçənginə səbəb olur. Eləcə də zərərli qidalar qırtlaq, qida borusu, ağız, uşaqlıq, süd vəziləri, mədə, qaraciyər xərçəngində yer tutur.

- 16% hallarda piylənmə, aşırı köklük də bir çox xərçəng növlərinə səbəb olur.

Hazırda qida rasionunda bütün dünyada 60% yeri emal edilmiş zərərli qidalar tutur. İnsanlar ucuz, asan, tez başa gələn hazır qidalara qaçır.

Alimlər bildirir ki, ABŞ və digər ölkələrdə insanlar düzgün pəhrizə sövq edilsələr, əsas sağlam qidalar gündəlik menyuya daxil edilsə,  ərzaqlarda faydalı maddələr artsa, xərçəngin  qarşısını alıb, faizini azaltmaq olar.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.