Kosmosda uçan robotlar sınandı - VİDEO

Kosmosda uçan robotlar sınandı - VİDEO
25 May 2019 09:06

Beynəlxalq Kosmik Stansiyada "Astrobee Bumble" uçan robotunun ilk sınaqları başa çatıb. Stansiyaya avtomatik rejimdə xidmət göstərəcək robot daha təkmil qurğuların yaradılmasına kömək edəcək məlumatlar toplayacaq.

Realpress.az ICTnews-a istinadən bildirir ki, "Bumble" stansiyada işləməsi nəzərdə tutulan robotlardan biridir. "Honey" və "Queen" adlanan digər iki robot astronavtların diqqəti elmi tədqiqatlara yönəltməsi üçün ekipaja kömək edəcək və gündəlik tapşırıqları yerinə yetirəcək. ABŞ Kosmik Agentliyinin (NASA) nümayəndələrinin fikrincə, bu, həmçinin stansiyada insanların sayını azaltmağa imkan verəcək.

"Astrobee" sisteminə robotlarla yanaşı, enerjidoldurma stansiyası daxildir. Agentlik nümayəndələrinin sözlərinə görə, robotlar Beynəlxalq Kosmik Stansiyada çəkisizlik şəraitində sərbəst uça biləcəklər. "NASA" mütəxəssislərinin qənaətinə görə, sistemin sınağı gələcək kosmik uçuşlar üçün təkmilləşdirilmiş yeni avadanlıq və proqramlar hazırlamağa imkan verəcək.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.