“ABŞ-ı peşman edəcəyik” — Həsən Ruhani

“ABŞ-ı peşman edəcəyik” — Həsən Ruhani
24 May 2019 13:40

İran prezidenti Həsən Ruhani Tehranda keçirilən bir tədbirdə çıxış edib.

Realpress.az xəbər verir ki, Ruhani çıxışında “İran xalqını hədəf alan ABŞ-ı peşman edəcəyik” deyib.

“İraq müharibəsində hərbi təzyiq və hücumlarla torpaqlarımız işğal edildi. Bu gün isə iqtisadi savaşla xalqın dolanışığı və sakit həyat tərzi hədəf alınıb. Amma İran düşməni iqtisadi müharibəsində peşman edəcək. Torpaqlarımız bombalansa, şəhid, qazi və əsir versək də, müstəqillik hədəfindən vaz keçməyəcəyik”, - deyə İran prezidenti bildirib.

Ruhani ABŞ-ın bir ildən çoxdur davam edən ağır sanksiyalarına xalqının boyun əymədiyini vurğulayıb:

“İran xalqı təslim olmayacaq. Xalqımıza çox açıq şəkildə deyirəm: Bu gün dik durmaq və mübarizə aparmaq günüdür. Ancaq bu yolla ABŞ, İsrail və regiondakı digər qüvvələri məğlub edə bilərik”.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.