Bakı metrosunda təhlükəli anlar - İşə polis qarışdı

Bakı metrosunda təhlükəli anlar - İşə polis qarışdı
24 May 2019 13:22


Bakı metrosunda təhlükəli anlar yaşanıb.

Realpress.az xəbər verir hadisə “Koroğlu” stansiyasında baş verib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun saytımıza verdiyi məlumata görə, gənc oğlan qatar yoluna düşüb. Buna səbəb isə kiminsə mobil telefonunun qəfildən relslərin üzərinə düşməsi olub:

“Bir nəfər gənc qatar stansiyaya daxil olan zaman relslərin üzərinə atılıb. Mənə verilən məlumata görə, onun qatar yoluna düşməsinin səbəbi telefon olub. Sərnişinlərdən birinin telefonu qatar yoluna düşüb.

Oğlan da onu götürmək üçün icazəsiz addım ataraq təhlükəli şərait yaradıb. Xoşbəxtlikdən heç bir problem yaranmayıb. Həmin gənc qaydaları pozduğu üçün polisə təhvil verilib”.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.