Bədəndə güclü qaşınma - 12 səbəb və müalicə

Bədəndə güclü qaşınma - 12 səbəb və müalicə
24 May 2019 11:45

Yaz-yay aylarında bədən səthinin qaşınması, qızarması, hətta yaralar əmələ gəlməsi dərəcəsində simptomlar əhalini narahat edir. Çox insan bunu allergiyaya, istiyə bağlayır.

Lakin bədəndə qaşınmanın əsəb, sinir pozulması, qoturluq, heyvanlardan keçən xəstəliklər, autoimmun problemlər kimi dərin səbəbləri ola bilər.

Medicina.az bədən dərisinin qaşınmasının 5 səbəbini və hansı müayinədən başlamalı olacağınızı araşdırıb.

Qaşınmanın xəstəliklə bağlı əlamətləri:

- Dəri normal görünsə də, səthi zədələnməsə də, qırmızı görünür

- Səthi nahamarlaşır

- Ləkələnir

- Qabıqlanır

- Qaşıdıqda dırnaq izi və sıyrılmadan müxtəlif yerlərdə quruma, qanaxma, qaysaq

- Suluqlar, şişkinlik, pulcuqlar

Möhkəm qaşıdıqda sıyrıq və dırnaq yerindən dərinin alt qatına infeksiya keçə bilir.

Qaşınma əvvəlcə bədənin kiçik hissələrində, baş, ayaq, boyun, əllərdə başlayır, daha sonra bütün bədənə yayılır.
Bəzən qaşınma uzun və intensiv davam edir, insana rahatlıq vermir. Əgər insan daim dırnaqları ilə dərini qaşıyıb cızırsa, qanadırsa, dəri qıcıqlanaraq, epidermisi zədələnir və kiçik yaralar əmələ gəlir.

Ən çox yayılmış səbəblər:

- Mövsümü və digər allergiyalar - dərman, qida, ətir və s.

- Həşərat sancması, dişləməsi

- Dəri xəstəlikləri - dermatit, ekzema, qoturluq, psoriaz

- Şəkərli diabet

- Böyrək problemləri, hətta böyrək çatışmazlığı

- İnfeksiyalar: qızılca, məxmərək, göbələk

- Xarici təsirlər: bitkilər, torpaq, toz gənələri

- Daxili xəstəliklər: anemiya, sirroz, öd yollarının tutulması, öd daşı, leykemiya, QİÇS, dağınıq skleroz, böyrək xəstəlikləri ciddi qaşınma verir.

- Sinir, əsəb xəstəlikləri: depressiya, nevroz,stress, kəskin qorxu, hərəcan

- Dərmanların əks təsiri kimi də təlimatlarında dəridə qaşınma qeyd olunub- antibiotiklər, göbələk dərmanları, narkotik dərmanlar, qıcolma dərmanları və s.

- Hamiləlik - hormonal dəyişiklik dəridə qaşınma verir

Nə zaman həkimə müraciət etməli:

Əgər dəridə qaşınma 1 həftədən çox davam edirsə, allergiya dərmanları fayda vermirsə, qaşınma gündən-günə kəskinləşirsə, dəriyə infeksiya düşübsə, qaşınmadan əlavə xəstədə yorğunluq, sidikdə dəyişiklik, qızdırma, titrətmə varsa, həkimə müraciət etmək lazımdır.

Hətta kəskin olmayan, ara-sıra gəlib gedən qaşınma 3-4 aydan sonra da çəkilmirsə, o zaman bir neçə həkimdə müayinə olunmaqla, altda yatan səbəbi tapmaq lazımdır.

Hansı həkimə üz tutmalı?

İlk növbədə dermatoloq, dermatonevroloq, dəri-zöhrəvi ixtisaslı həkimə müraciət edirsiz.

Vaxtında müayinə və müalicə olunmadıqda, qaşınma xronikləşir, dəri infeksiyalaşır, çapıqlar, ləkələr əmələ gəlir.

Müayinə zamanı həkim anamnez toplamaq üçün müəyyən suallar verir: neçə müddətdir davam edir, hər hansı qıcıqlandırıcı faktorun olub-olmaması, ev heyvanı saxlanması, dərman qəbulu, əlavə xəstəliklərin olub-olmamasını soruşur.

Əlavə olaraq dərinin müayinəsi, qan analizi, allergenlərə analiz, biopsiya, qanda şəkərin yoxlanması, böyrəklər və qalxanvari vəzin USM-i təyin edilir.

Əgər xəstədə nevroloji səbəbdən qaşınma təsbit olunarsa nevroloq və psixiatra yönəldilir.

Realpress.az



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.