Erməni bacı-qardaş Azərbaycandakı yarışda çıxış edəcək

Erməni bacı-qardaş Azərbaycandakı yarışda çıxış edəcək
23 May 2019 15:27


Milli Gimnastika Arenası sabah tarixində ilk dəfə olaraq, aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Realpress.az xəbər verir ki, qitənin 22 ölkəsindən ən güclü aerobika ustaları üç gün ərzində öz güclərini sınayacaq. 

22 ölkədən 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin, aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaq. Bu yarışda erməni əsilli bacı-qardaşlar da iştirak edəcək.

Söhbət Qarsevan və Duxik Canazyanlardan gedir. Bu iki ailə üzvü Rusiya millisinin üzvləri sayılır. Onların burda iştirakı bir daha onu göstərir ki, idman siyasətdən çox aralıdır. Bu, həm də rəsmi Bakının erməni futbolçu Henrix Mxitaryanın son günlər Bakıya gəlməməsi yönündə süni şəkildə qabardılmış məsələlərə bir tutarlı cavabı kimi də qiymətləndirilə bilər.

Yeri gəlmişkən, ölkəmizi bu çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova,  İmran İmranov, Nigar İbrahimbəyli,  Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcək.

Artıq bütün komandaların toplaşdığı arenada iki gündür rəsmi məşq toplanışları keçirilir. Sabah saat 12:00-da start götürəcək çempionatda isə ilk olaraq, meydançada gənc gimnastları görəcəyik. Sonrakı gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların son günü isə final mərhələlərində Avropa çempionlarının adları açıqlanacaq.

Gimnastika yarışlarının daimi tamaşaçılarını isə bu çempionatda da çox maraqlı və qeyri-adi bir açılış mərasimi gözləyir. Bu dəfə onlar 16:00-dan etibarən “Gimnastika Planeti”nə qonaq olaraq, ecazkar şounun bir hissəsinə çevriləcək.

19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.