“Gulf Air” “Çelsi” və “Arsenal” azarkeşlərini Bakıya xüsusi reyslə gətirəcək

“Gulf Air” “Çelsi” və “Arsenal” azarkeşlərini Bakıya xüsusi reyslə gətirəcək
23 May 2019 15:07

Bəhreynin "Gulf Air" aviaşirkəti "Çelsi" və "Arsenal" azarkeşlərinin Bakıya səfərini asanlaşdırmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına uçacaq təyyarəni modernləşdirib

Realpress.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, "Gulf Air" çox sayda azarkeşin Bakıya səfərini təmin etmək üçün "Boeing 787-9 Dreamliner" flaqman təyyarəsindən istifadə edəcək.

Həmin təyyarə ilk dəfə Bəhreyn-Bakı reysi ilə uçuş keçirəcək. Ekonom bölmədə 256 və "Falcon Gold" bölməsində 26 yerlə "Boeing 787-9 Dreamliner" Bakıya müntəzəm uçan digər təyyarələrdən daha böyükdür.

"Gulf Air" aviaşirkəti Bakıya həftədə 5 reys həyata keçirir.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcək.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.