Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi

Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi
23 May 2019 14:18


Vaşinqtonun Ankaraya ultimatum verməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir.

 “A Haber”in məlumatına görə, bunu Türkiyə XİN rəhbərinin müavini Yavuz Selim Kıran Vaşinqton səfəri çərçivəsində verdiyi açıqlamada bildirib.

Diplomat bundan əvvəl KİV-də ABŞ-ın “Patriot” sistemlərinin tədarükü müqabilində Ankaradan S-400 zenit raket sistemlərindən imtinanı tələb etməsi ilə bağlı yayılan informasiyanın “rəsmi səviyyədə səslənmədiyini” dilə gətirib.

Kıranın sözlərinə görə, belə şayiələr mart ayında da yayılmışdı. Belə ki, Vaşinqton zenit-raket komplekslərinin tədarükü ilə bağlı əvvəlki təklifini yeniləmişdi.

“Rəsmi səviyyədə belə bir çağırış olmayıb. Mart ayında ABŞ “Patriot” zenit-raket komplekslərinin tədarükü üzrə təkliflərini yeniləyib. Biz hesab edirik ki, söhbət bu təklifdən gedir”, - deyə Y.Kıran vurğulayıb.

Türkiyəli XİN rəsmisi Ankaranın ABŞ-ın CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə qarşı çıxır, belə ki, S-400 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqavilə Moskva ilə hələ bu qanun qəbul olunmazdan əvvəl imzalanıb.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.