Çingiz: Siyahıda geriləmənin önəmi yoxdur, onsuz da birinci deyiləm - VİDEO

Çingiz: Siyahıda geriləmənin önəmi yoxdur, onsuz da birinci deyiləm - VİDEO
23 May 2019 12:48


Azərbaycanı “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində “Truth” (Həqiqət) mahnısı ilə təmsil edən müğənni Çingiz Mustafayev yarışmadan sonra ilk dəfə canlı efirə çıxıb.

Realpress.az xəbər verir ki, AzTV-nin “Telesəhər” şousuna qatılan Mustafayev “Avroviziya”da səslərin yenidən hesablanması və yerlərin dəyişməsi ilə bağlı fikirlərini bölüşüb.

“Çox qəribə bir şey oldu. Mən nə eşitmişdim, nə də görmüşdüm. Müsabiqənin üstündən dörd gün keçib, indi dəyişiklik etdilər. Bu dəyişiklik isə birbaşa mənə təsir göstərir. 40 ölkənin heç bir iştirakçısına bu qədər təsir etmədi.

Azərbaycanla Makedoniya arasında dəyişikliklər oldu. Bütün avropalılar mənə qarşı olunan haqsızlıqdan danışır. Deyirdilər ki, sən daha ön yerlərdə olmalı idin. Amma proseslər əksinə cərəyan etdi. Mənim üçün isə heç bir fərqi yoxdur. Çünki birinci olmadım. Bundan sonra isə dəyişikliyin heç bir önəmi yoxdur”.

Qeyd edək ki, “Avroviziya-2019”da səs dəyişmələri olub. Yeni hesablamalar Azərbaycana da təsir edib. Şimali Makedoniya sıralamada Azərbaycanla yerini dəyişməli olub. Belə ki, Azərbaycan əvvəl 297 xalla yeddinci pillədə idisə, indi 302 xalla səkkizinci pillədə qərarlaşıb.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.