ABŞ Türkiyəyə vaxt verdi - Milyardlıq müqaviləni ləğv etməlidir

ABŞ Türkiyəyə vaxt verdi - Milyardlıq müqaviləni ləğv etməlidir
22 May 2019 10:17


ABŞ Türkiyədən Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sisteminin alınmasından vaz keçməsini tələb edib. Bunun əvəzində ABŞ istehsalı “Patriot” sistemlərini alması üçün Türkiyəyə iki həftə vaxt verib.

Bununla bağlı “Sputnik Türkiyə” məlumat yayıb.

“Türkiyə iki həftənin sonunda Rusiya ilə milyardlarla dollarlıq müqaviləni ləğv etməli və bunun əvəzinə ABŞ-da “Raytheon” şirkəti tərəfindən istehsal olunan “Patriot” raketdən müdafiə sistemi almalıdır. Yoxsa F-35 proqramından xaric edilmə, vəd edilən 100 ədəd F-35-i itirmə təhlükəsi, sanksiya ilə üzləşmə və NATO-nun mümkün reaksiyaları ilə qarşılaşacaq”, - məlumatda qeyd edilib.

Mənbələr bunun “ABŞ Xarici İşlər Nazirliyinin son təklifi” olduğunu bildirib.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.