İndoneziyada qanlı toqquşmalar: altı ölü, 200 yaralı - VİDEO

İndoneziyada qanlı toqquşmalar: altı ölü, 200 yaralı - VİDEO
22 May 2019 09:46


İndoneziyanın paytaxtı Cakartada keçirilən etiraz aksiyasında baş verən toqquşmalarda altı nəfər həyatını itirib, 200 nəfər yaralanıb.

Bu barədə “Reuters” indoneziyalı qubernatora istinadən məlumat yayıb.

İndoneziyanın mərkəzi seçki komissiyası bazar ertəsi axşam saaatlarında bülletenlərin hesablanmasını başa çatdırıb. Nəticələrə əsasən, hazırkı prezident Coko Vidodo ümumi səslərin 55,5 faizini toplayaraq, qalib gəlib. Onun rəqibi Prabovo Subianto isə 44,5 faiz səs toplayıb.

Vidodonun növbəti müddətə prezident seçilməsinə etiraz olaraq yüzlərlə insan paytaxt küçələrinə axışıb. Polisin Subianto tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq etdiyi bildirilir.

“Səhər 09:00-a kimi (Bakı vaxtı ilə 06:00) beş xəstəxanaya 200 yaralı gətirilib, ölənlərin sayı altıdır”, - deyə agentlik yerli qubernatora istinadən xəbər verir.



28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.