Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadaları Donbasda “Lun” ləqəbli, beşinci motoatıcı briqdanın tabor komandiri Yevgeni Şabanovu zərərsizləşdirib.
Bu barədə “TSN Ukraina” yazır.
Əməliyyatın drondan çəkilmiş görüntüsü “Facebook”da “Повернись живим” (Sağ qayıt) adlı qrupda yayılıb.
“Rusiyalı ehtiyatda olan zabit, beş saylı motoatıcı briqadanın tabor komandiri olmuş Yevgeni Şabanovun zərərsizləşdirilməsi. Bəli, bu (öldürülmüş) həmvətənlərimizin qisası oldu. Çevik, qüsursuz və zərgər dəqiqliyi ilə”, - deyə videonun şərhində yazılır.
Qeyd olunur ki, Y.Şabanovun zərərsizləşdirilməsi ukraynalı kəşfiyyatçı-dəniz piyadalarının qətlindən bir həftə sonraya təsadüf edir. İddiaya görə, bu “Ded” ləqəbli Deniz Kozma və “Brodyaqa” ləqəbli İvan Sakalın intiqamı olub.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.