Azərbaycan ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə olunan və yerlərdəki komandirlərdən daxil olan məlumatlar xəritələrdə əks olunur.
Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.
Eyni zamanda, səhra şəraitində yaradılan əsas komanda məntəqəsinin atəşlə zərərvurmanın planlaşdırılması qrupu tərəfindən döyüşün gedişində atəşlə təlafat verilməsini effektiv təmin etmək məqsədilə düşmənin mühüm hərbi hədəfləri seçildikdən, aviasiya, zenit-raket və artilleriya qurğuları, həmçinin digər atəşlə zərərvurma vasitələri arasında bölüşdürüldükdən sonra müvafiq komandalar qoşunlara ötürülür.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.