Afaq Bəşirqızı: "Gənc vaynerlər xırda və zəhərsiz göbələklərdir” - VİDEO

Afaq Bəşirqızı: "Gənc vaynerlər xırda və zəhərsiz göbələklərdir” - VİDEO
20 May 2019 17:00

Mədəniyyət və İncəsənət Universitetindəki dərs sistemi dəyişdirilməlidir.

“Sosial şəbəkələrdə vayn çəkənlər istedadlı uşaqlardır. Mən özüm də bəzən onların hazırladığı vaynlara baxıram və gülürəm. Həmin şəxsləri tanımıram, amma çox gözəl qısametrajlı filmlər ortaya qoyurlar. Həmin gənc vaynerlər yaxşı mənada, xırda və zəhərsiz göbələklərdir”.

Bu fikirləri “Report”a müsahibəsində Xalq artisti Afaq Bəşirqızı deyib.

O, gənc vaynerlərə teatrlarda çalışmağı təklif edib: “Onlar öz üzərlərində çalışmalı və təkmilləşməlidirlər. Sadəcə olaraq, onları bir az yontalamaq və səhnədə oynamağa öyrətmək lazımdır. Çox istəyirəm ki, vaynlar çəkən gənclər teatrlara müraciət etsinlər. Çünki ömürlük şöhrətə və dolanışığa sahib olmaq üçün çətinliklərə tab gətirməyi bacarmalısan. Gənc aktyorlara kömək etmək, onlara doğru yolu göstərmək və əllərindən tutmaq lazımdır”.

Xalq artistinin sözlərinə görə, son illərdə Azərbaycanda sənətkarların bir qisminin vəfat etməsi kino sahəsində durğunluğun yaranmasına gətirib çıxarıb: “Bu gün istedada çox böyük ehtiyac var. Ümumiyyətlə, istedadlı uşaqlara test üsulu çox mane olur. Təsəvvür edin ki, qabiliyyət imtahanından keçən abturiyent müsabiqənin test mərhələsindən kəsilir. Təəssüflər olsun ki, kəsildikdən sonra istedadlı uşaqlar artıq növbəti il imtahan vermirlər. Aktyor və aktrisa olmaq üçün ali təhsilə ehtiyac yoxdur. Bəşir Səfəroğlunun, Nəsibə Zeynalovanın, Siyavuş Aslanın, Lütfəli Abdullayevin, Hacıbaba Bağırovun və digərlərinin ali təhsilləri olmayıb. Onlarda fitri istedad var idi. Amma təbii ki, aktyor və aktrisanın dünyagörüşündə müəyyən bilikləri olmalıdır”.

A.Bəşirqızı hesab edir ki, Mədəniyyət və İncəsənət Universitetindəki dərs sistemi dəyişdirilməlidir. O, bununla bağlı yeni konsepsiyalar hazırlanmasını və eyni zamanda, Mədəniyyət xadimləri ittifaqının yaradılmasını təklif edib.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.