CNN finalöncəsi Bakıdan reportaj hazırladı - VİDEO

CNN finalöncəsi Bakıdan reportaj hazırladı - VİDEO
20 May 2019 16:36


ABŞ-ın məşhur CNN telekanalı UEFA Avropa Liqasının final oyunu öncəsi Bakıdan reportaj hazırlayıb. 

Realpress.az xəbər verir ki, bir dəqiqəlik reportaj zamanı Ramil Cahangirov Bakı haqqında qısa məlumat verib:

“Mən Ramil Cahangirovam. Doğma şəhərim Bakıya xoş gəlmisiniz. Çoxlarına təəccüblü gəlsə də, Bakı futbolu çox sevən bir şəhərdir. Şəhərin istənilən bucağında Bakı sakinləri futbolu izləyir. Uşaqlar hər yerdə - məhəllələrdə, həyətlərdə və parklarda futbol oynayır.

Tofiq Bəhramov Azərbaycan futbolunun ən görkəmli simalarından sayılır. Bəhramov 1966-cı il Dünya Çempionatının finalında İngiltərə və Almaniya yığmaları arasında keçirilən matçda yan hakim olub. Onun verdiyi dəqiq qərar nəticəsində ingilislər tarixlərində ilk dəfə olaraq dünya çempionu olublar. Bu stadiona məhz onun adı verilib.

Bu isə Azərbaycanın ən böyük və yeni stadionudur. Bakı Olimpiya Stadionu 2019-cu il Avropa Liqasının finalına ev sahibliyi edəcək. “Çelsi” məhz bu meydanda “Arsenal”a qarşı mübarizə aparacaq. “Çelsi”nin bu ot örtüyü üzərində oynamasını səbirsizliklə, həyəcanla gözləyirəm”. 

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.