Bakıda qısqanc kişi arvadını, qızını və daha iki nəfəri bıçaqladı

Bakıda qısqanc kişi arvadını, qızını və daha iki nəfəri bıçaqladı
20 May 2019 13:05

Bakıda dəhşətli qətl baş verib. 

Realpress.az “lent.az”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü  Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə olan Vasif Əliyevi bıçaqlayıb. Qısqanc kişi hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyət-axtarış tədbirləri nəticəsində Zaur Rzayev tutulub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğundan 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.