Bu gün “Eurovision 2019”un finalıdır

Bu gün “Eurovision 2019”un finalıdır
18 May 2019 14:04

Bu gün İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

Realpress.az xəbər verir ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb. Müsabiqənin birinci yarımfinalının nəticəsinə görə, 10 ölkənin təmsilçisi finala çıxıb. Beləliklə, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya birinci yarımfinaldan qalib ayrılıblar. 

İkinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb. Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb. Çingiz Mustafayevlə yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar. Builki yarışma "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunub. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.