"Bu rüsumlar vətəndaşın cibindən çıxarılmağa başlanacaq" - Qənirə Paşayeva - VİDEO

"Bu rüsumlar vətəndaşın cibindən çıxarılmağa başlanacaq" - Qənirə Paşayeva - VİDEO
18 May 2019 12:27

MM-in Dünən keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan yüksək dövlət rüsumu dərəcələrinin nəzərdə tutulması bir çox deputat tərəfindən etirazla qarşılanıb və dəyişiklikdə 32-1 bəndin, yəni yüksək səviyyəli rüsumları özündə əks etdirən maddənin layihədən çıxarılmasını təklif ediblər.

Realpress.az xəbər verir ki, həmkarlarının fikirlərini dəstəkləyən millət vəkili Qənirə Paşayeva belə bir çıxış edib:

"Bu rüsumlar sahibkarlardan çox vətəndaşın cibindən çıxarılmağa başlanacaq, bu isə insanlarımız arasında narazılığa gətirib çıxaracaq. 

Cənab Prezident tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn çox saylı sosial proqramlar, layihələr keçirilir ki, insanlarımızın həyat səviyyəsinə müsbət təsiri olsun. Belə bir şəraitdə bu səviyyədə rüsumlar doğru qəbul edilə bilməz.  Mən kənd rayonlarından birini təmsil edirəm. Məsələn, rayonda,  kəndlərdə uşaq bağçaları çatışmır. Dövlət bağçalarının səviyyəsi də o qədər də yaxşı deyil. Bağçaların bəziləri təmir olunsa da, təmir və şəraitin yaxşılaşmasını gözləyən bağçaların sayı çoxdur.

Biz bir sıra təşkilatlara, xeyriyyəçi şəxslərə müraciət edirik ki, bağçalara dəstək olsunlar. İş adamlarına çağırış edirik ki, rayonlarda, kəndlərdə özəl uşaq bağçaları açsınlar. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan yüksək dövlət rüsumu dərəcələri olmadan belə bölgələrdə özəl bağçaların açılması çox zəifdir, indi belə bir rüsumlar olarsa, bu, tamamilə zəifləyəcək, rayonlarda, kəndlərdə özəl bağçalar, peşə müəssisələri açmaqda sahibkarlar maraqlı olmayacaqlar.

Bu rüsumlardan sonra kim gedib rayonlarda, kəndlərdə bağçalar açacaq? Rentabelli deyil deyəcəklər. Cənab Prezidentin yürütdüyü siyasət ondan ibarətdir ki, bölgələrimizdə, rayonlarda məktəbəqədər özəl müəssisələr açılsın, sayı daha da artsın və dövlətin bu sahədəki yükü bir az azalsın. Amma bu şərtlərdən, bu rüsumlardan sonra sahibkarların bölgələrdə, rayonlarda məktəbəqədər özəl təhsil müəssisələrini açmalarını gözləmək çox çətin olacaq. Əgər indi rüsumlar olmadan bölgələrdə, rayonlarda məktəbəqədər özəl təhsil müəssisələrin açılması prosesi çox zəif gedirsə, rüsumlar olandan sonra bu sahədə hər hansı irəliləyişi düşünmək belə mümkün deyil. Layihədə göstərilən rəqəmlər çox yüksəkdir və bu rüsumlar Bakıdakı bəzi özəl bağçaların qiymətlərinə əsaslanaraq deyil, bütün respublika, rayonların vəziyyəti nəzərə alınaraq təyin olunmalıdır."  Millət vəkili Q.Paşayeva çıxışında təmsil etdiyi Tovuz rayonunun kəndlərində qazla təminat məsələsinə də toxunub. 

Millət vəkili deyib: "Cənab Prezident son müşavirəsində Azəriqaz İB-yə əhalinin qazla təminatının yaxşılaşdırılması, verilən təbii qazın keyfiyyətinin, təzyiqin yaxşılaşdırılması və s. ilə bağlı tapşırıqlar verib. Təmsil etdiyim Tovuz rayonunda Sovet dövründə evlərə qaz borusu çəkilib və əhali verilən təbii qaza uyğun ödəməni həyata keçirir. Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70%-80% təbii qazla təmin olunub, 20-30% yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir.  Yeni evlərdə yaşayan insanlarımız veriləcək təbii qaza görə ödəməni həyata keçirməyə hazırdır, lakin onların məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna çox insanın kəndlərdə maddi gücü çatmır. 

Üstəlik prosedurlar özü də asan deyil, çətindir. Ona görə də boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edirlər. Eyni kənddə əhalinin bir hissəsinin təbii qazdan istifadə edib, bir hissəsinin edə bilməməsi kəndlərimizdə xeyli sayda insanlarımızın problemidir və onlar bu vəziyyətdən narazılıq edir və xahiş edirlər ki, bu məsələyə qısa zamanda baxılsın və onlara dəstək olunsun. Cənab Prezidentin insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını nəzərə alaraq, insanlarımız inanır ki, bu məsələ cənab Prezidentə çatdırılarsa, dövlət başçımız insanlarımızın bu istiqamətdə üzləşdiyi problemin həlli istiqamətində də addımların atılması üçün tapşırıqlar verəcək və məsələ qısa zamanda həll olunar. 

Onlar millət vəkili olaraq bu məsələnin Milli Məclisdə qaldırmağımızı və müvafiq qurumlara bu məsələnin yaxın zamanlarda həll etməyə çağırmağımızı xahiş edirlər. Müvafiq qurumlarımıza yaxın zamanlarda minlərlə insanın problemi olan bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq və ümid edirəm ki, insanlarımızın adından səsləndirdiyim bu məsələ yaxın zamanlarda  öz müsbət həllini tapa biləcək".

Millət vəkili Q.Paşayevanın MM-də çıxış videosunu burdan izləyə bilərsiniz:


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.