İkiqat Azərbaycan çempionu lezbiyan olduğunu ETİRAF ETDİ

İkiqat Azərbaycan çempionu lezbiyan olduğunu ETİRAF ETDİ
18 May 2019 12:12

Qadın voleybolçulardan ibarət Polşa yığmasının üzvü Katarjina Skorupa maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.

Realpress.az matc.az-a istinadən xəbər verir ki, 35 yaşlı idmançı lezbiyan olduğunu etiraf edib.

Vaxtilə Azərbaycanda "Rabitə" klubunda oynamış Skorupa ötən il həmcinsi olan italyan voleybolçu Paola Eqonu ilə öpüşmə şəkli İtaliya mətbuatında yayılmışdı. Eqonu ilə ayrıldığını söyləyən Katarjina ondan əvvəl də qadın sevgilisinin olduğunu deyib.

O, lezbiyan olduğunu əvvəllər açıqlamamasının səbəbini ona belə bir sualın verilməməsində görüb. Skorupa lezbiyan olduğu üçün hər zaman ayrı-seçkiliyə məruz qaldığını və bu vəziyyətin Polşada insanlara narahatlıq verdiyini vurğulayıb:

"Ayrı-seçkilik olduğunu hiss etdim və bu gün də bunlar olur. Polşadakı yeganə lezbiyan voleybolçu mən deyiləm. Sadəcə, digərləri bu problemləri yaşamamaq üçün gizli saxlayır. Bunun nəticələri adətən ağır olur. Sponsorun geri çəkilməsi ilə yaranan maddi problemlər, klubdan uzaqlaşdırılma... Milli komandadakı yerini itirməmək üçün homoseksualizm haqqında danışa bilməyən oyunçular tanıyıram".

Qeyd edək ki, 2012-2014-cü illərdə ölkəmizdə "Rabitə"nin formasını geyinən Katarjina Skorupa ikiqat (2013, 2014) Azərbaycan çempionudu.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.