Afaq Bəşirqızıdan məmurlara sərt ÇAĞIRIŞ

Afaq Bəşirqızıdan məmurlara sərt ÇAĞIRIŞ
18 May 2019 09:42

Xalq artisti Afaq Bəşirqızı mədəniyyət və incəsənət nümayəndələrinə dəyər verilməməsindən gileylənib.

Realpress.az musavat.com-a istinadən xəbər verir ki, xalq artisti məmurlara çağırış da edib:

"Sənətkarların qədri bilinməlidir. Xalq öz sənətkarını sevir, dəyərləndirir. Amma cənab məmurlar, siz də ayılın. Hər şeyi biz prezidentə deyə bilmirik. Vaxt olacaq and içəcəklər ki, siz o kresloda oturmusuz, heç kəs inanmayacaq. Amma sənətkar həmişə yaddaşlarda qalır”.

Xatırladaq ki, iki ay öncə, mart ayının əvvəlində ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb, onları dinləmişdi.

Görüşdə xalq artisti Afaq Bəşirqızı teatr və aktyorların maddi durumu ilə bağlı müraciət etmişdi. Bundan dərhal sonra prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Teatra və Dövlət Rus Dram Teatrına akademik statusu verildi.

Həmçinin prezidentin digər sərəncamı ilə bu il martın 1-dən etibarən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 50 faiz artırıldı.


13 İyun 2019
Mədəniyyət

Taleh Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?” - FOTO

Realpress.az azlogos-a istinadən, az qala, hər yeni işi ilə ciddi müzakirələrə meydan açmağı bacaran aktyor və video-bloger Taleh Yüzbəyovla müsahibəni təqdim edir:

5 İyun 2019
Mədəniyyət

“Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı

“Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı

4 İyun 2019
Mədəniyyət

Eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı tədbir təşkil edilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan bayramı ilə əlaqədar “Araxçın Silent Communication” komandası tərəfindən eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı bayram tədbiri təşkil edilib.