Şəbnəm Tovuzludan iki TV-yə qadağa: Məni gözdən salırlar — VİDEO

Şəbnəm Tovuzludan iki TV-yə qadağa: Məni gözdən salırlar — VİDEO
17 May 2019 13:47

Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində müğənni Şəbnəm Tovuzluya ünvanlanmış sual onu qalmaqalın mərkəzinə salıb. Belə ki, proqramda Şəbnəmin Amerikanı Avropa şəhəri adlandırması onu lağ və tənqid obyektinə çevirib. İş o yerə çatıb ki, Tovuzlu ARB və adını açıqlamadığı digər TV-yə qadağa tətbiq edib. Şəbnəm bundan sonra həmin televiziya kanallarının heç bir verilişinə qatılmayacağını bəyan edib.

Realpress.az xəbər verir ki, yaşanmış olayla bağlı Şəbnəm Tovuzlu Oxu.Az-a özəl videomesaj yollayıb.

Müğənni videoda son günlər adı hallanan məsələ ilə bağlı danışıb. Bildirib ki, kanallara hörmət etsə də, onlar adekvat münasibət göstərmirlər:

“Dostlarıma qarşı hər zaman hörmətlə yanaşıram. Amma dost bildiyim bəzi kanallar mənə bir müğənni kimi hörmət qoymurlar. Mən onlardan qarşılıqlı hörmət görmürəm. Üzərimdə reytinq qurub, haqqımda xoşagəlməz sözlər deyilirsə, bu, şəxsən məni tamaşaçıların gözündən salmaq deməkdir.

Heç də yaxşı bir şey deyil. Yaşadığım bu söz-söhbətlərdən sonra özümə söz vermişəm ki, bir neçə kanalın efirinə çıxmayacağam. Qadağa qoymuşam, getməyəcəyəm. Başqa müğənnilər var, onları çağırsınlar, nə qədər istəyirlər onlardan reytinq götürsünlər. Mən artıq yoxam”.

Şəbnəm qeyd edib ki, kanallar müğənnilərlə bağlı təhrif olunmuş məlumatlar yayırlar:

“İnsanlar da bilə-bilə müğənnilərə qarşı qıcıq yaradırlar. Bizim demədiyimiz, etmədiyimiz şeyləri, şişirdilmiş şəkildə təqdim edirlərsə, o zaman tamaşaçı bizə aqressiya nümayiş etdirir. Bu isə biz müğənnilər üçün yaxşı hal deyil. Bundan sonra iki kanala çıxmayacağam”. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.