Azərbaycan “Avroviziya”nın finalında - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan “Avroviziya”nın finalında - YENİLƏNİB + FOTO/VİDEO
17 May 2019 08:46


Xəbər verdiyimiz kimi bu gecə  “Avroviziya - 2019” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalı keçirildi.

10 ölkə  - Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Malta finala vəsiqə qazandı.

Ermənistan, İrlandiya, Moldova, Latviya, Rumıniya, Avstriya, Xorvatiya, Litva isə yarışı tərk etməli oldu.

00:36

Xəbər verdiyimiz kimi  “Avroviziya -2019” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalı keçirilir.

realpress.az xəbər verir ki, ölkəmizi təmsil edən Çingiz Mustafayev 18-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış etdi.

Çingiz ifası zamanı bir neçə dəfə muğam boğazları edərək mahsına daha da rəng qatdı. Səhnə şousunda möhtəşəm lazer və işıq effektləri Çingizin çıxışını əhəmiyyətli dərəcə də ən güclü nömrələrdən biri etdi.

Hazırda yarışmada səs verməyə start verilib.

Qeyd edək ki, yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səs vermə hüququna malikdir.


16 may.23:16

İsrailin paytaxtı Tel-Əviv şəhərinin Expo Mərkəzində sayca 64-cü, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı ilə bütün Avropanın diqqətini cəlb edən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı.

realpress.az xəbər verir ki, sözügedən yarışma hazırda birbaşa olaraq İTV-nın efirində canlı yayımlanır. Bu gecə 18 ölkənin təmsilçiləri finala vəsiqə qazanmaq üçün  mübarizəyə başlayıb.

Bu gün ki ikinci yarımfinalda Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan çıxış edəcək.

Yuxarıda qeyd edilən ölkələr ilə yanaşı həmçinin böyük beşlik ölkələrindən Böyük Britaniya, İtaliya, Almaniya təmsilçiləri ifalarını təqdim edəcəklər.

Bununla yanaşı gecəni daha da yadda qalan və rəngərəng etmək üçün“Shalva Band” musiqi qrupunun ifası təqdim olunacaq, eləcə də illuzionçu Lior Suxard mistik şousunu sərgiləyəcək.

Nəzərinizə çatdıraq ki, yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səsvermə hüququna malikdir.

Ötən gün münsiflər heyəti artıq öz səslərini bu gün çıxış edəcək iştirakçıların səs hesabına əlavə ediblər. Onların verdikləri səslər ümumi nəticənin 50 faizini təşkil edir. 

Bukmeykerlərin proqnozlarına əsasən, ən çətin və gərgin mübarizə məhz ikinci yarımfinalda yaşanacaq. Birinci yarımfinaldan fərqli olaraq, ikinci yarımfinalda təmsilçilərin ifa və səhnə şousu baxımından güclü olması buna zəmin yaradıb. 


Rəşad ƏLİYEV

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.