Komitə sədri qayınanaların müdafiəsinə qalxdı: “Axı qayınana niyə mənfi obraz olmalıdır?”

Komitə sədri qayınanaların müdafiəsinə qalxdı: “Axı qayınana niyə mənfi obraz olmalıdır?”
15 May 2019 16:17

“Azərbaycanda televiziya ekranlarında yayımlanan fantastik filmlər tamaşaçılar arasında bütün məhəbbət hisslərini öldürür”.

Realpress.az report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, fantastik filmlərdə təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır. O, həmçinin Azərbaycan filmlərində qayınanaların mənfi obrazda təqdim olunmasına münasibət bildirib:

“Çox təəssüf ki, bizim də filmlərimizdə qaynanalar həmişə mənfi obrazda təqdim olunub. Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qayınana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?”

M.Qurbanlı ev heyvanları saxlamağın insan psixologiyasına müsbət təsirlər göstərdiyini deyib: “Azərbaycanda ev heyvanlarını saxlamaq lazımdır. Bu heyvanlar bəzən beyinləri rahatlaşdırır”.


25 May 2019
Cəmiyyət

Azərbaycanda əməliyyat – 89 nəfər saxlanıldı

Mayın 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

25 May 2019
Cəmiyyət

Ayrılıq xəbərləri yayılan Rəqsanə: "Çox yaşamaq istəmirəm..."

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova ad günü ilə bağlı paylaşımı ilə diqqət çəkib.