Goranboyda kəpənəklər kütləvi şəkildə tələf olur - VİDEO

Goranboyda kəpənəklər kütləvi şəkildə tələf olur - VİDEO
15 May 2019 15:03


Goranboyda kəpənəklərin kütləvi şəkildə ölümü qeydə alınıb.

realpress.az xəbər verir ki, müxtəlif ölçüdə olan canlılar daha çox asfalt yolun üzərində və ətrafında gözə dəyir.

Canlıların ölümü, əsasən, Bakı-Qazax avtomagistralının Goranboyun Nadirkənd ərazisindən keçən hissəsində müşahidə olunub.

Yerli sakinlər bildirir ki, belə halla ilk dəfədir rastlaşırlar. Bəzəkli kəpənəklər çabalayaraq hündürlükdən yerə çırpılır və bir müddət sonra ölürlər. Bəzən isə avtomobillərin təkərləri altında can verirlər. Canlıların ölüm səbəbi məlum olmasa da,yerli sakinlər həyətlərdə belə halla rastlaşmayıblar. Kəpənəklərin ölümü magistral yolun ətrafında müşahidə edilir. 

Çəmən kəpənəkləri adlandırılan canlıların ölüm səbəbini mütəxəssislər müxtəlif səbəblərlə izah edirlər. Bildirilir ki, kəpənəklərin kütləvi şəkildə qırılmasına həmin ərazidə sahələrin alaq otlarına qarşı dərmanlanması təsir göstərə bilər. Bundan başqa, həmin canlıların havaların dəyişməsinə görə də məhv olma ehtimalı böyükdür.


25 May 2019
Cəmiyyət

Azərbaycanda əməliyyat – 89 nəfər saxlanıldı

Mayın 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

25 May 2019
Cəmiyyət

Ayrılıq xəbərləri yayılan Rəqsanə: "Çox yaşamaq istəmirəm..."

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova ad günü ilə bağlı paylaşımı ilə diqqət çəkib.