İkiekranlı “HP” noutbukunda oyun zamanı “YouTube”a baxmaq mümkündür

İkiekranlı “HP” noutbukunda oyun zamanı “YouTube”a baxmaq mümkündür
15 May 2019 14:48

HP" şirkəti güclü "Omen X 2S" oyun noutbukunu nümayiş etdirib. Yeni qurğu klaviaturanın yuxarı hissəsində yerləşən 6 düym diaqonallı yardımçı "Full HD" ekranla seçilir. İdeya ondan ibarətdir ki, istifadəçilər oynamaqla paralel şəkildə "Twitch" servisində birbaşa translyasiyaya və ya "YouTube"da tədris videoçarxlarına baxa, "Discord" çatında komanda üzvü ilə söhbət edə və ya prosessorun yükünü izləyə bilsinlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, bundan başqa, oyunçunun rahatlığı üçün ikinci displeydə oyunun bir sıra elementlərini göstərmək mümkündür. Burada, məsələn, böyüdülmüş şəkildə mini-kart və ya spidometri təkrarlamaq olar. Əlavə ekranı, həmçinin bütün digər proqramlar, o cümlədən brauzer dəstəkləyir.

 

Məlumata görə, əsas displey rolunda 144 QHs takt tezlikli 15 düym diaqonallı "Full HD" panel çıxış edir. Daha bahalı "Omen X 2S" modellərində tezlik yenilənməsi 240 giqahersədək, təsvir ölçüsü isə "HDR" dəstəkli "4K" formatınadək artırıla bilər.

 

Noutbukun əsas konfiqurasiyasına səkkiznüvəli "Intel Core i9" çipi, 32 giqabaytlıq operativ yaddaş və "Nvidia GeForce RTX 2080 Max-Q" qrafikası daxildir. Şirkət qurğu üçün məxsusi olaraq istiliyi tez qovan və sürəti 28 faizədək artırmağa imkan verən yeni maye metal soyutma sistemi hazırlayıb.

 

Qalınlığı 22 mm təşkil edən "HP Omen X 2S" noutbukunun akkumulyator tipi və tutumu barədə məlumat verilmir.

 

Noutbukun iyunda ABŞ-da 2100 dollar başlanğıc qiymətlə satışa çıxarılması nəzərdə tutulur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.