Realpress.az xəbər verir ki, yeni kosmik gəmiyə yunan Ay ilahəsinin şərəfinə “Artemida” adı verilib. Amerikalılar 2024-cü ildə Ayın səthinə enəcəklər. Bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens məlumat verib.
Kosmonavtların adı hələ açıqlanmayıb. Çünki beş il ərzində çox dəyişiklik ola bilər. Amma kosmonavtların arasında qadının olacağı dəqiq xəbərdir.
Qeyd edək ki, kosmosla bağlı ABŞ prezidenti Donald Trampın xüsusi sərəncamı var.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.