Brilliantdan Aygün və Faiqə sərt sözlər: "Yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar"

Brilliantdan Aygün və Faiqə sərt sözlər: "Yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar"
15 May 2019 13:26

Xalq artisti Brilliant Dadaşova "MTV Azərbaycan"da müğənni Rəhim Rəhimlinin qonağı olub.

Realpress.az axşam.az-a istinadən bildirir ki, Dadaşova küsülü olduğu müğənnilərlə bağlı qalmaqallı açıqlamalar verib. Rəhim küsülü olduğu Xalq artisti Faiq Ağayevin onunla bağlı bir açıqlamasını səsləndirib.

Ağayevin dediklərinə qəzəblənən Brilliant küsülülüklərinin əsl səbəbini açıqlayıb:

"Gəldi dedi ki, biletim satılmır, konsertə bir həftə qalıb. Qurban olum, adını ver afişaya vuraq, bilet satılsın. Yoxsa sponsorlar bir də mənlə işləməyəcək. Mən də icazə verdim. Rafiq Babayev dedi ki, ya sən ağılsızsan, ya da həmin adam ağıllıdır. Bir həftə qalıb, biletlər satılmasa, deyəcək, Brilliantın adı var idi deyə, satılmadı. Necə demişdi, eləcə də oldu. Şər də, böhtan da atdı. Rəhmətə getmiş valideynlərimi, ata-anamı söydü. Onu nəinki bağışlamaq, bağışlamağı düşünən insanlar belə, mənə xəyanət etmiş olur.

Mənə sataşır, təhqir edirsə, niyə barışmalıyam? Öz həyat tərzini mənə sırımaq istəyir. Guya mən onun üçün bunu etmişəm. İndi anlayıram ki, vaxtilə öz sənətimə qiymət verməmişəm. Sənətimin aşağısında dayananları tərifləmişəm, özümlə bir tutmuşam. Elə biliblər ki, mənimlə eynidirlər. Başa düşürəm ki, səhv etmişəım".

Brilliant daha sonra illərdir danışmadığı Xalq artisti Aygün Kazımovaya da söz atıb:

"Gedib xarici müğənniyə pul verib, onların yanında dayanan müğənnilər var. Hər zaman pul xərcləyiblər ki, onları müğənni hesab etsinlər. Elə insanları mən Brilliant qəbul etmirəm. Mənə hər zaman pul verilib ki, kimsə yanımda dursun. Hələ fikirləşmişəm... Kiməsə pul verim ki, gəl sənlə duet oxuyum? Ölərəm ey, gecə yata bilmərəm. Dırnağım qədər bilən insanları yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar".

Qeyd edək ki, Faiq Brilliantla bağlı "Söhbətsiz" verilişində "Aramızda olan söhbət toy bazarının bölünməsi ilə bağlı idi. İlk gündən həmişə yüksək qonorarlar almışam. İlk dəfə toya 1995-ci ildən başladım, o zamanda ən "xod gedən" müğənnilərdən bir pillə yüksək qiymət qoydum. Münaqişəmiz toyda baş verdi. Xırda məsələ idi, böyütmək lazım deyildi. Bu məsələni mətbuata çatdıran nə mən, nə də toy yiyəsi oldu" açıqlamasını vermişdi.

Xarici müğənni ilə duet oxuyan isə Aygün Kazımova olub. Müğənni dünya ulduzu Snup Doqla "Coffee from Columbia" mahnısını oxuyub, klip çəkdirmişdi. Kazımova bu layihə üçün 500 mindən çox xərclədiyini açıqlamışdı.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.