Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
realpress.az xəbər verir ki, Bayıl qəsəbəsində yerləşən 8-ci Polis bölməsinin qarşısında münaqişə yaranıb. Nəticədə 1978-ci il təvəllüdlü Hüseynov Elşad Dünyamalı oğlu bıçaqlanıb.
Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Zərər çekən döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.