“Hörümçək adam”ın ssenaristi dünyasını dəyişdi

“Hörümçək adam”ın ssenaristi dünyasını dəyişdi
11 May 2019 11:19


Amerikalı ssenarist Elvin Sarcent 92 yaşında dünyasını dəyişib.

Bu barədə Deadline portalı xəbər verir.

Portalın məlumatına əsasən, Sarcent Sietl şəhərində vəfat edib. Məlumatı ssenaristin yaxınları təsdiqləyiblər.

Elvin Sarcent 1927-ci ilin aprel ayının 12-də Filadelfiyada anadan olub. O daha çox “Adi adamlar” və “Culia” filmləri ilə tanınır.

Qeyd edək ki, hər iki filmin ssenarisinə görə Sarcent “Oskar”a layiq görülüb. O, həmçinin, “Hörümçək adam 2”, “Hörümçək adam: Əks olunmuş düşmən” və “Yeni Hörümçək adam” filmlərinin müəllifidir.

6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.