“Salaam Cinema”nın binası ilə bağlı araşdırma başladı

“Salaam Cinema”nın binası ilə bağlı araşdırma başladı
08 May 2019 11:41


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Salaam Cinema Baku” adlı kinoteatrın yerləşdiyi bina barədə məsələyə münasibət bildirib. 

Realpress.az istinadla bildirir ki, Qurumun mətbuat katibi Fariz Hüseynov  Oxu.Az-a açıqlamasında bildirib ki, kinoteatrın yerləşdiyi bina Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb:

“Hazırda orada təmir-bərpa işləri getmir. Bina özəl mülkiyyətdir. Mülkün sahibi binada bərpa işləri aparmaq istəyib, amma qarşısı alınıb. Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə məlumat verilib ki, binada söküntü işləri aparılmasın”.

Qurumun nümayəndəsinin sözlərinə görə, hazırda bina tarixi abidə kimi dövlət qeydiyyatında deyil:

“Məsələ ilə bağlı araşdırma aparılır. Binanın tarixi əhəmiyyətli hesab olunması, memarlığı barədə Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun rəyi alındıqdan sonra sənədlər hazırlanacaq.

Nazirlər Kabinetinə bu binanın tarixi əhəmiyyətli binalar siyahısına salınması və dövlət tərəfindən qorunması üçün müraciət olunacaq. Çox güman ki, bu ilin sonuna kimi bina ilə bağlı qərar veriləcək. Bina tarixi əhəmiyyətli abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq”. 

“Son illər ərzində abidələrlə bağlı aparılmış monitorinqlər nəticəsində 1700 yeni abidə aşkarlanıb”, - deyə Fariz Hüseynov qeyd edib. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.