İllər sonra Nabrana yol çəkilir

İllər sonra Nabrana yol çəkilir
29 Apr 2019 14:29


Azərbaycanın yay turizm mərkəzi olan Nabrana yol çəkilir.

Realpress.az istinadla bildirir ki, Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin xəbərinə görə, ötən əsrin 70-ci illərində salınan yol istismar müddətini başa vurub.

Sakinlər yolun bərbad vəziyyətdə olması səbəbindən əraziyə gələn turist sayının xeyli azaldığını deyirlər. 

Xudat-Nabran yolunda işlərə bir həftə öncə başlanılıb. İşlər 25 kilometrlik ərazidə aparılır. Asfalt qatı üç qat olaraq hesablanıb.

May ayının ortalarında tikinti işlərinin başa çatdırılması planlaşdırılır.