“Huawei AirEngine” brendi ilə “Wi-Fi 6” standartlı qurğular buraxılacaq

“Huawei AirEngine” brendi ilə “Wi-Fi 6” standartlı qurğular buraxılacaq
24 Apr 2019 16:21

Çinin “Huawei” telekommunikasiya nəhəngi “Wi-Fi 6” standartına uyğun korporativ sinifli məhsulların buraxılacağı yeni “AirEngine” brendini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab www.securitylab.ru” resursuna istinadən yazır ki, “Wi-Fi” simsiz şəbəkələrinin gələcək təkamülünü nəzərdə tutan “Wi-Fi 6” və ya “802.11ax” standartı şəbəkənin yüklənilmiş efir şəraitində fəaliyyətinin spektral səmərəliliyini yaxşılaşdıracaq və “802.11ac Wave-2” standartı ilə müqayisədə nəzəri buraxılış qabiliyyətini 2 dəfə artıracaq.

“Huawei” nümayəndələrinin sözlərinə görə, virtual və əlavə reallıq servislərinin, eləcə də yüksək təsvir ölçüsünə malik video platformalarının sürətli inkişafı dövründə “Wi-Fi” infrastrukturunun yükü durmadan artır. Bu səbəbdən simsiz şəbəkələrə məlumatların buraxılış qabiliyyəti və yubanması baxımından daha çox tələblər irəli sürülür.

Məlumata görə, “AirEngine” brendli avadanlıq “Wi-Fi” texnologiyası üzrə internetə yüksəksürətli çıxışın təşkilində kömək edəcək. Yeni nəsil qurğuların korporativ sinifli servislərin rəqəmli transformasiyasını sürətləndirməyə imkan verəcəyi bildirilir.

Bundan başqa, “Huawei AirEngine” avadanlığı İT sahəsinin ən son yeniliklərindən istifadə edən şirkətlərə yeni biznes platformalarının qurulması və inkişafında kömək edəcək.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.