Peyvənd bütün vətəndaşlar üçün pulsuzdur— Baş pediatr

Peyvənd bütün vətəndaşlar üçün pulsuzdur— Baş pediatr
24 Apr 2019 14:48

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət vaksini istehsalçıdan alarkən bir neçə il müddətinə müqavilə bağlayır. Dövlət istehsalçıdan milyon dozalarla peyvənd alır ki, bu da ona ucuz başa gəlir"

Realpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. Onun sözlərinə görə, özəl klinikalarda vaksinlərin daha keyfiyyətli olması barədə deyilənlər şayiədir: 

"Belə şayiələrin çıxması özəl müəssisələrlə bağlıdır. Azərbaycanda peyvəndi dövlətin özü alır və vətəndaşlar üçün pulsuzdur. Özəl şirkətlər isə vaksinləri dərman şirkətlərindən tək dozalarla alır. Klinikalar vaksini az doza ilə aldıqları üçün qiyməti bahalaşdırırlar. Valideynlər də düşünürlər ki, əgər qiymət bahadırsa, demək, həmin vaksin daha yaxşıdır. Belə halların olmaması üçün hamımız bu proseslərdən məlumatlı olmalı və ona qarşı mübarizə aparmalıyıq". 

N.Quliyev əlavə edib ki, Azərbaycanda peyvənd etdirmək könüllüdür: "Valideyn peyvənddən imtina edirsə, bundan yazılı şəkildə imtina etməli və imtinanın səbəbini əsaslandırmalıdır. Bundan əlavə, Azərbaycan dövləti peyvəndi öz maliyyə vəsaiti ilə alır, UNISEF isə yalnız vasitəçilik edir". 


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.