Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün vacib olan kofein var

Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün vacib olan kofein var
23 Apr 2019 09:20

Çayın yaşıl, qara və ağ növləri var. Çayı düzgün qəbul etmədikdə onun faydasından çox zərəri olur. Mütəxəssislərin rəyinə görə, bir çox xəstəliklərin qarşısının alınmasında çay faydalı vasitədir. Ancaq çaydan düzgün istifadə ediləndə onun xeyrini görmək olar.

Realpress.az bildirir ki, qida təhlükəsizliyi mütəxəssisləri hər gün insanın 400-600 milliqram, yaxud 4 stəkan yaşıl çay içməsinin vacibliyini bildirirlər. Hər gün içilən 1 stəkan qara çay isə zehni qüvvətləndirir. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət yetirilməlidir.

Keyfiyyətli və yaxşı dəmlənilmiş çay baş ağrılarını, fiziki və zehni yorğunluğu aradan qaldırır. Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün çox vacib olan kofein var. Həmin maddə yorğunluğu aradan qaldırır, ürək döyüntülərinin sayını artırır, beyinin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Bununla yanaşı qara çayın tərkibindəki saponinlər iltihab əleyhinə təsir göstərir.

Çayın düzgün hazırlanması çox vacib məsələdir. Bunun üçün şüşə, saxsı və çini dəm çayniklərindən istifadə etmək lazımdır. Çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhət görülür.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.