Honor markalı ilk noutbuk buraxılıb

Honor markalı ilk noutbuk buraxılıb
19 Apr 2019 15:09

"Huawei" şirkəti "Honor" brendli ilk noutbuku satışa çıxarıb. "Honor MagicBook" modeli qurğu qapağının 81 faizini əhatə edən 14 düym diaqonallı ekranla təchiz edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, ekran 1920 х 1080 piksel təsvir ölçüsünə, 178 dərəcə baxış bucağına, 1800:1 nisbətində kontrastlığa və 16:9 tərəflər nisbətinə malikdir. Kompüter qarşısında çox vaxt keçirən istifadəçilərin görmə qabiliyyətinin qorunması və yorğunluğunun azaldılması üçün displey antibakterial örtüklə təchiz olunub və ekran işığının zərərli ultrabənövşəyi spektrini filtrdən keçirir.

Məlumata görə, "Honor MagicBook" iki versiyada – "Intel" və "AMD" prosessorları ilə təklif olunur. Onların birincisi 14 nanometrlik texnoloji proses üzrə hazırlanan və 3,4 QHs takt tezliyini dəstəkləyən səkkizinci nəsil "Intel Core i5-8250U" çipi ilə təchiz edilib. Videokart qismində 2 giqabaytlıq "GDDR" videoyaddaşlı "Nvidia GeForce MX150" sürətləndiricisindən istifadə olunub.

Digər versiya isə yeni nəsil dördnüvəli "AMD Ryzen 5 2500U" prosessoru və "Radeon Vega8" qrafik sistemi ilə təchiz edilib ki, bu da 25 Vt (Turbo Boost rejimində 30 Vt) enerji sərfiyyatını təmin edir. 8 giqabayt tutumlu "DDR4-2400" tipli ikikanallı yaddaşın tətbiqi sayəsində oxuma/yazma sürəti 50 faiz artırılıb. Qurğu 12 saatadək təkrar enerji toplamadan işləyir.

"Honor MagicBook" noutbukunun aprelin 25-dən etibarən satışa çıxarılması nəzərdə tutulur.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.